Press "Enter" to skip to content

Azərbaycanda akvakultura təsərrüfatlarının ilkin uçotu aparılır

Azərbaycanda akvakultura təsərrüfatlarının ilkin uçotu aparılır

BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən respublika ərazisində fəaliyyət göstərən (qeydiyyatda olan və olmayan) akvakultura təsərrüfatlarının ilkin uçotu aparılır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “bu məqsədlə təsərrüfat sahibləri – fiziki və hüquqi şəxslər ad, soyad ata adı, əlaqə nömrəsi, ünvanlarını, təsərrüfatın sahəsini, təsərrüfatın su səthinin sahəsini, yetişdirilən növləri və hər növ üzrə yetişdirilən həcmləri və satış üçün nəzərdə tutulan miqdarları qeyd edərək info@fish.gov.az elektron ünvanına göndərmələri xahiş olunur. İlkin uçotun aparılmasında əsas məqsəd ölkə ərazisində fəaliyyət göstərən təsərrüfatların sayını, onların coğrafi yerləşməsini, istifadə olunan su resurslarını, yetişdirilən akvakultura növləri üzrə illik istehsal həcmlərini və ümumi istehsal potensialını müəyyənləşdirməkdir”.

Toplanacaq məlumatlar gələcək illərdə yerli istehsalın təşviqi, subsidiya layihələrinin hazırlanması, təsərrüfatların qeydiyyatının sadələşdirilməsi və mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin sürətləndirilməsinə xidmət edəcək.

Fermerlərdən və sahibkarlardan formaları dolğun və dəqiq məlumatlarla doldurmaları xahiş olunur.

Mission News Theme by Compete Themes.