Press "Enter" to skip to content

Dünya çapında bir ilk

Universitetdən proses zamanı

BAYRAQDAR MEDİA – Süleyman Dəmirəl Universiteti (SDÜ) fövqəladə hallar idarəçiliyi və axtarış-xilasetmə proseslərinə töhfə verəcək yerli və innovativ bir texnologiya hazırlayıb.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, Mühəndislik və Təbiət Elmləri Fakültəsinin Elektrik-Elektronika Mühəndisliyi kafedrasının müəllimi Mustafa Geçin rəhbərliyində, TÜBİTAK BİDEB 1001 Milli Zəlzələ Tədqiqat Proqramı çərçivəsində dəstəklənən “Ağıllı Sensor Texnologiyası ilə Zəlzələ İzləmə Sistemi” adlı layihə, mümkün zəlzələlərdə sürətli müdaxiləyə imkan yaradacaq yeni bir həll təqdim edir: “Kahramanmaraş zəlzələlərindən sonra sürətləndirilən layihənin ilk 6 ayı uğurla başa çatdırılıb, hazırlanmış prototip cihazlar isə AFAD-ın koordinasiyası ilə Samsunda keçirilən sahə təlimində sınaqdan uğurla keçirilib”.

Dr. Mustafa Geçin sistemin iş prinsipini belə açıqlayıb: “Sistemimiz zəlzələöncəsi, zamanı və sonrasını əhatə edən üç mərhələdən ikisini əhatə edir və əsasən zəlzələ anı ilə sonrasında işə düşür. Hər binanın hər mərtəbəsinə yerləşdirilən identifikasiya edilmiş sensorlar binanın hərəkətlərini real vaxtda izləyir. Əgər bina dağılma əlamətləri göstərirsə, sistem dərhal mərkəzi idarəyə ‘dağılma bildirişi’ göndərir. Beləliklə, binanın damı hələ tam çök-mədən məlumat saniyələr içində sistemə ötürülür. Bu sürətli məlumat ötürülməsi ilə peyk görüntüləri və ya hava şəraitindən asılı müşahidə sistemlərinə ehtiyac qalmadan, hansı binanın dağıldığı, içində neçə nəfərin olduğu kimi kritik məlumatlar birbaşa fövqəladə hallar idarəsinə çatdırılır.”

Sistemin Əhali və Vətəndaşlıq İşləri Baş İdarəsinin məlumat bazası ilə inteqrasiya olunduğunu bildirən Dr. Geçin əlavə edib: “Bina sakinlərinin yaşı, cinsi və sağlamlıq vəziyyəti kimi göstəricilər də analiz olunur. Bu sayədə maksimum 120 saniyə içində prioritetləşdirilmiş xilasetmə planı qurula bilir. Məqsədimiz ilk 2 dəqiqə ərzində düzgün məlumatla müdaxilə prosesini başlamaqdır.”

Dr. Geçin həmçinin bildirib ki, sistem dağıntılar altında ünsiyyət qurmağa imkan verən mikrofon, dinamika və rabitə modulları ilə təchiz edilib. Cihazlar bina dağıldıqdan sonra avtomatik olaraq yuxu rejiminə keçir və inteqrasiya edilmiş batareyalar vasitəsilə təxminən 1000 saat (təqribən 40 gün) işləməyə davam edir.

Mission News Theme by Compete Themes.