Press "Enter" to skip to content

Gimnaziyadan valideynlərə dəstək

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki İ.Əfəndiyev adına Elitar gimnaziyada I sinif şagirdlərinin məktəb mühitinə adaptasiyasına dəstək məqsədilə valideynlər üçün praktik tövsiyələr hazırlanıb.

Bu barədə İdarənin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məktəbin psixoloqları tərəfindən hazırlanan tövsiyələrin məqsədi I sinfə qədəm qoyan uşaqların yeni mühitə, təlim prosesinə uyğunlaşmasına və sosial adaptasiyasına dəstək göstərməkdən ibarətdir: “Psixoloqların peşəkar tövsiyələri vasitəsilə valideynlər övladlarının emosional və psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün praktiki addımlar atmağa yönləndirilir. Onlar məktəb həyatının ilk mərhələlərində övladlarının hansı suallarla qarşılaşa biləcəyi barədə məlumat əldə edir, tövsiyələrə uyğun olaraq tətbiq edəcəkləri üsullarla uşaqların davranışlarının daha rahat tənzimlənməsinə nail olurlar. Qeyd edək ki, məktəbin psixoloqlarının hazırladığı praktik tövsiyələr valideynlərə əlçatan olması üçün təhsil müəssisəsinin sosial şəbəkə səhifələrində paylaşılıb”.

Mission News Theme by Compete Themes.