Press "Enter" to skip to content

Media nümayəndələri ilə müzakirələr aparılıb

Görüş zamanı

Gəncliyə Yardım Fondunda Milli Mətbuatın 150 illiyi münasibəti ilə görüş keçirilib

BAYRAQDAR MEDİA – Sentyabrın 30-da Gəncliyə Yardım Fondunda Azərbaycan Milli Mətbuatının 150 illik yubiliyeyi çərçivəsində media nümayəndələri ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Türkiyə Səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir Türkiyə-Azərbaycan Media Platformasının inkişafı və proseslərdə daha çox yer almasının əhəmiyyətinə diqqət çəkib.

Türkiyə Səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir
Türkiyə Səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Fondun yaranma tarixi, həyata keçirdiyi ‎humanitar yardım, sosial və təhsil fəaliyyətləri, həmçinin iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edən layihələr haqqında çıxış edib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim

Ahmet Tecim bildirib ki, milli mətbuatımızın tarixində xeyriyyəçilik ənənəsini Anadoludakı Qurtuluş Mübarizəsinə dəstək məqsədilə 1917-ci ildə Bakıda nəşr edilən “Qardaş Köməyi” dərgisinin timsalında görmək mümkündür.

Daha sonra media nümayəndələri ilə müzakirələr aparılıb.

Qeyd edək ki, sonda media nümayəndələrinə Azərbaycan-Türkiyə mətbaut tarixində vacib yer tutan “Qardaş Köməyi” dərgisi təqdim edilib.

Mission News Theme by Compete Themes.