Press "Enter" to skip to content

Özbəkistan nümayəndə heyəti ilə DVX-də görüş keçirilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – Azərbaycanla Özbəkistan arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsinin icrası çərçivəsində Özbəkistanın dövlət qurumlarının media ilə iş üzrə məsul nümayəndələrinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində Özbəkistan Respublikası Alkoqollu içkilər və tütün məmulatları bazarının tənzimlənməsi üzrə Müfəttişliyin mətbuat katibi Dilrabo Kuryazova İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) olub.

Bu barədə DVX-dən məlumat verilib.

Məlumata görə, görüş zamanı iki ölkənin müvafiq strukturları arasında media və kommunikasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub: “Aksizli malların dövriyyəsinə nəzarət sahəsində ölkələrin təcrübələri, bu istiqamətdə tətbiq olunan innovativ yanaşmalar barədə fikir mübadiləsi aparılıb. Görüş zamanı qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Qonaq DVX-nin Vergi muzeyi ilə tanış olub”.

Mission News Theme by Compete Themes.