Press "Enter" to skip to content

Şəhərin bütün yönləri müzakirə olunacaq

BAYRAQDAR MEDİA – Eskişehirin tarixi irsi, mədəni zənginliyi, sosial quruluşu və iqtisadi potensialının elmi müstəvidə dəyərləndiriləcəyi Eskişehir Simpoziumu 14–17 may 2026-cı il tarixlərində keçiriləcək.

Bu barədə Anadolu Universitetindən məlumat verilib.

Məlumatda deyilir: “Valiliyin himayəsi, Eskişehir Böyükşəhər Bələdiyyəsi, Anadolu Universiteti, Eskişehir Osmangazi Universiteti, Eskişehir Texniki Universiteti, Eskişehir Ticarət Palatası, Eskişehir Sənaye Palatası, Eskişehir Ticarət Birjası, Eskişehir Esnaf və Sənətkarlar Palataları Birliyi və Eskişehir Sənaye Zonası İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq simpozium şəhərin bütün tərəflərini bir araya gətirir. Eskişehir Simpoziumu şəhərin tarixindən mədəni irsinə, sənayesindən turizminə, təhsilindən sosial quruluşuna qədər 42 əsas mövzu altında elmi və ictimai müzakirələr aparmağı hədəfləyir. Bu xüsusiyyəti ilə tədbir yalnız akademik toplantı deyil, şəhərin bütün iştirakçılarının ortaq düşüncə ilə gələcəyə dair baxış formalaşdırdığı böyük bir görüş olacaq”. Məlumata əsasən, “Eskişehir üçün mənim də sözüm var” deyən hər kəsin qatqı verə biləcəyi simpozium geniş iştirakçı tərkibi ilə şəhərin gələcəyinə işıq tutmağı məqsəd qoyur: “Valilik, bələdiyyələr, universitetlər, sənaye və ticarət palataları, qeyri-hökumət təşkilatları və vətəndaşların iştirakı sayəsində simpozium şəhər demokratiyası və iştirakçı idarəçilik mədəniyyəti baxımından da mühüm bir platforma yaradacaq. Eskişehirin indiyədək üzləşdiyi problemlər və sahib olduğu dəyərlər elmi əsaslarla müzakirə ediləcək, konkret həll yolları irəli sürüləcək. Eyni zamanda simpozium, Eskişehirin güclü akademik ekosistemini şəhər idarəçiliyi və cəmiyyətlə bir araya gətirərək universitetin ictimai missiyasına da nümunə göstərir. Bu xüsusiyyəti ilə şəhərin gələcəyini müəyyənləşdirəcək strateji addımlar üçün mühüm zəmin yaradır”.

İştirakın pulsuz olduğu Eskişehir Simpoziumunda məruzə təqdim etmək istəyən tədqiqatçılar 13 fevral 2026-cı ilədək tezislərini göndərə biləcəklər. Simpozium haqqında ətraflı məlumat və məruzə təqdim etmə şərtlərinə www.eskisehirsempozyumu.org ünvanından baxmaq mümkündür.

Mission News Theme by Compete Themes.