Press "Enter" to skip to content

Serbiya ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

Serbiya ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

BAYRAQDAR MEDİA – İspaniya Krallığının Barselona şəhərində 29 sentyabr – 1 oktyabr tarixlərində UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı (MONDIACULT 2025) keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Sentyabrın 29-da konfransın rəsmi açılış mərasimindən sonra Azərbaycan nümayəndə heyətinin bir sıra ikitərəfli görüşləri olub. Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç ilə görüşdə A.Kərimli iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib”.

Daha sonra xəbərdə, “serbiyalı nazir də Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını, Azərbaycanın zəngin mədəni irsi ilə daha yaxından tanış olmaq istədiklərini diqqətə çatdırıb. Görüşdə N.Selakoviç Azərbaycana rəsmi səfərə dəvət olunub”.

Mission News Theme by Compete Themes.