Press "Enter" to skip to content

Çanakkale Onsekiz Mart Universitetinə beynəlxalq mükafat

BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universitetinin (ÇOMÜ) Ziraat fakültəsinin alimləri “Biyoloji Üreaz Enzimi və Nitrifikasyon İnhibitörleri ilə Orqanik, İnorganik, Qatı, Maye və ya Toz Gübrə İstehsal Metodu” adlı layihə ilə 10-cu İstanbul Beynəlxalq İxtiralar Sərgisində bürünc medal qazanıblar.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, bu innovativ ixtira, kənd təsərrüfatı sektoruna davamlı bir həll təqdim etməklə həm akademik dünyaya, həm də ölkə iqtisadiyyatına mühüm töhfə verməyi hədəfləyir.

Məlumata görə, rektor Cüneyt Erenoğlu açıqlamasında bu uğurun universitetin elmi potensialını təsdiqlədiyini və böyük qürur mənbəyi olduğunu bildirib.

Mission News Theme by Compete Themes.