Press "Enter" to skip to content

Məktəblilər üçün “açıq qapı günü” tədbirləri

Məktəblilər üçün “açıq qapı günü” tədbirləri

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə 1 nömrəli Xüsusi Təyinatlı, Yasamal, Səbail rayonları Yanğından Mühafizə hissələri və 31 nömrəli Yanğından Mühafizə Bölməsində “açıq qapı günü” tədbirləri keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Avropa Azərbaycan Məktəbinin şagirdləri, həmçinin müəllim və tərbiyəçilərinin iştirak etdikləri tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub”.

Daha sonra xəbərdə, “tədbirlərdə iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar” deyə qeyd edilir.

Maraqlı keçən tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılıb.

Mission News Theme by Compete Themes.