BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Əli Əmirlinin librettosu əsasında “Mesenat” (bəstəkarı Pikə Axundova) tamaşasının məşqlərinə başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “Teatrın direktoru Aqil Bəhramlı bu münasibətlə yaradıcı heyəti təbrik edərək uğurlar arzulayıb, məşhur neft milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən əsərin yeni quruluşda hazırlanması ilə bağlı bəzi tövsiyələrini verib. Ə.Əmirli, Pikə Axundova, əməkdar artistlər Əzizağa Əzizov, Nadir Xasiyev, Çingiz Əhmədov və digərləri maraqlı fikirlər səsləndirərək tamaşanın məhz Tağıyevin binasında – Musiqili Teatrın səhnəsində təqdim olunmasının mənəvi tərəflərini vurğulayıblar”.
Daha sonra xəbərdə, “tamaşanın quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamov əsas məqsədinin Tağıyevi təkcə ictimai xadim, xeyriyyəçi kimi deyil, böyük insan kimi cəmiyyətə çatdırmaq olduğunu bildirib. Qeyd edək ki, səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Əmrah Dadaşov və Sevinc Məmmədovadır. Rol bölgüsünə görə tamaşada Mesenat obrazını aktyor İbrahim Əlizadə, onun uşaqlıq çağını isə azyaşlı aktyor Miruğur Əlili oynayacaq” deyə bildirilir.
Xəbərdə eləcə də deyilir ki, “səhnə əsərində əməkdar artistlər Ələkbər Əliyev, Ə.Əzizov, Ç.Əhmədov, N.Xasiyev, Nahidə Orucova, İqrar Salamov, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Hüseyn Əlili, aktyorlar Nicat Əli, Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elçin İmanov, Eleonora Mustafayeva, Şaban Cəfərov, Emin Zeynallı, Yuliya Heydərova, Telnaz Hüseynova, Ofeliya Məmmədova, Türkel Tariqpeyma, Ayan Qurbanova, Firuzə Cəfərova, İranə Kərimova, Ruslan Mürsəlov, Nigar Qarayeva, Nəzrin İsmayılzadə, Əli Kərimov, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Kamil Cəfərov, Tural Məsimov, Həmid Həmzəyev və başqaları iştirak edəcək”.





