Press "Enter" to skip to content

Nazirin Kürdəmir, Zərdab və Ucar sakinləri ilə görüşü

Nazirin Kürdəmir, Zərdab və Ucar sakinləri ilə görüşü

BAYRAQDAR MEDİA – Oktyabrın 1-də gənclər və idman naziri Fərid Qayıbov Kürdəmir, Zərdab və Ucar rayon sakinlərini qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “qəbuldan öncə F.Qayıbov Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov ilə birlikdə Ucar şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Ucar Gənclər Evində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib”.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda okyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Mission News Theme by Compete Themes.