BITC parlament seçkiləri namizədləri ilə toplantı keçirib
BAYRAQDAR MEDİA – BITC-nin başqanı və Birləşmiş İraq Türkmən Cəbhəsi Siyahısının rəhbəri Mehmet Səman Ağa siyahı üzrə bütün namizədlərin iştirakı ilə genişmiqyaslı toplantı təşkil edib.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Məlumata görə, görüşdə BITC Başqan müavinləri Hişam Bayraktar, Heytəm Haşim Muxtaroğlu və İraq Parlamentində Türkmən Fraksiyasının rəhbəri, Kərkük millət vəkili Erşad Salihi də iştirak ediblər: “Yaxınlaşan parlament seçkilərinə hazırlıqların müzakirə olunduğu toplantıda ortaq səylərin birləşdirilməsi və koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb”.
Bununla yanaşı, İraq Türkmən Cəbhəsinin seçkilərdə siyasi mövqeyini gücləndirmək və hüquqların təminat altına alınması üçün türkmən birliyinə xüsusi önəm verildiyi qeyd olunub.





