Press "Enter" to skip to content

Sentyabr ayının zəhərlənmə statistikası

Sentyabr ayının zəhərlənmə statistikası

BAYRADQAR MEDİA – 2025-ci ilin sentyabr ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər (81 nəfər ağır vəziyyətdə olmaqla) zəhərlənmə səbəbilə qəbul olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTM-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “onlardan 35 nəfəri dərman preparatlarından, 27 nəfəri sirkə turşusundan, 2 nəfəri spirtli içkilərdən, 8 nəfəri ilan sancmasından, 7 nəfəri allergik reaksiyadan, 2 nəfəri yandırıcı məhlullardan, 1 nəfəri həlledici maddədən, 6 nəfəri fosfor üzvi birləşmələrdən, 2 nəfəri anafilaktik şokdan, 1 nəfəri isə inhalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub. Pasiyentlərin hər birinə tibb personalı tərəfindən intensiv müalicə tədbirləri tətbiq edilib”.

Daha sonra xəbərdə, “düzgün müalicə taktikaları nəticəsində 88 nəfər sağalaraq qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə yazılıb. Bununla belə, aparılan intensiv tədbirlərə baxmayaraq, təəssüf ki, 3 nəfərin (2 kişi, 1 qadın olmaqla) həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbi sirkə turşusu və dərman preparatları ilə ağır zəhərlənmə olub” deyə bildirilir.

KTM əhalini məişətdə təhlükəli kimyəvi maddələrdən istifadə zamanı diqqətli olmağa, dərman preparatlarını yalnız həkim göstərişi ilə qəbul etməyə və xüsusən də sirkə turşusundan istifadə edərkən ehtiyatlı davranmağa çağırıb.

Mission News Theme by Compete Themes.