BAYRAQDAR MEDİA – Anadolu Universiteti yalnız akademik sahədə deyil, mədəniyyət, incəsənət və sosial həyatda da tələbələrinə və Eskişehir sakinlərinə dəyər qatmağa davam edir.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, “universitet hər il təşkil etdiyi konsert, sərgi, teatr və film nümayişləri ilə gənclərin bədii inkişafına dəstək verir və bu tədris ilində də oxşar tədbirləri artırmağı planlaşdırır. Bu çərçivədə Anadolu Universiteti, İstanbul Mədəniyyət və İncəsənət Vəqfi (İKSV) tərəfindən təşkil edilən və Türkiyənin ən önəmli kino tədbirlərindən biri olan Filmekimini yenidən Eskişehirli sənətsevərlərlə görüşdürür. 16–19 oktyabr tarixlərində “Sinema Anadolu”da olacaq nümayişlərdə ümumilikdə 16 film, dünya festivallarından mükafatlarla dönmüş xüsusi seçmələrdən ibarət olacaq”.
Məlumata əsasən, Filmekimi çərçivəsində dörd gün boyunca hər gün saat 12:00, 15:00, 18:00 və 21:00 seanslarında filmlər nümayiş olunacaq.









