Press "Enter" to skip to content

“Transformativ liderlik: Dəyişikliklərə rəhbərlik” mövzusunda təlim

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi tərəfindən 30 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Transformativ liderlik: Dəyişikliklərə rəhbərlik” mövzusunda təlim keçirilib.

Bu barədə DİM-in məlumatında qeyd eidlib.

Bildirilib ki, “təlim zamanı Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun böyük məsləhətçisi Xavər Dadaşova və həmin sektorun aparıcı məsləhətçisi Pərvin Balabəyova tərəfindən iştirakçılara dəyişikliklərə effektiv rəhbərlik etməyi, komandalarda uyğun motivasiya yaratmağı, transformativ və tranzaksion liderlik üslublarını müqayisə etməyi, dəyişiklik prosesində atılması tələb olunan addımlarla tanış olmağı, transformativ liderin motivasiya alətlərini praktiki tapşırıqlar vasitəsilə öyrənməyi və s. məsələlər barədə ətraflı məlumat verilib”.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.