Press "Enter" to skip to content

Xarici qonaq Azərbaycan Milli QHT Forumunun ofisində

Görüş zamanı

BAYRAQDAR MEDİA – Bakı İqlim Fəaliyyəti Həftəsində iştirak üçün Bakıda səfərdə olan Qlobal Cənub QHT Platformasının Zimbabve üzrə təmsilçisi, Zimbabve Gənclər səfiri Abiel Maware Azərbaycan Milli QHT Forumunun inzibati ofisini ziyarət edib.

Bu barədə Forumdan məlumat verilib.

Məlumata görə, xarici qonaq Forumun fəaliyyəti ilə yaxından tanış olub: “Görüşdə AMQF rəhbərliyi ilə Qlobal Cənub Platformasının gələcək fəaliyyət istiqamətləri müzakirə edilib”.

Mission News Theme by Compete Themes.