Press "Enter" to skip to content

Zərdabda ictimai dinləmə keçiriləcək

Dövlət Sosial Müdafiə Fondu

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) oktyabrın 10-u saat 15:00-da Zərdab rayonunda ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçirəcək.

Bu barədə Fondun məlumatında qeyd edilib.

Məlumata görə, ictimai dinləmədə iştirak etmək istəyənlər DSMF-nin Zərdabda yerləşən qəbul şöbəsinə, eləcə də fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib, qeydiyyatdan keçə bilərlər.

Mission News Theme by Compete Themes.