BAYRAQDAR MEDİA – Türkiyədə İş Kurumunun (İŞKUR) universitet tələbələrinə yönəlik başlatdığı gənclik proqramı təhsillə iş həyatını birləşdirir. Dövlət universitetlərində təhsil alan tələbələr bu proqram sayəsində dərslərini davam etdirərkən, elmi-tədqiqat layihələri, laboratoriya və akademik işlər, kitabxana xidmətləri və elmi fəaliyyətlərdə iştirak edə biləcəklər.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə, beləliklə, gənclər işə qəbulda qarşılaşdıqları əsas maneələrdən biri olan “təcrübə çatışmazlığı” problemini aradan qaldırmaq imkanı qazanacaq: “Cümhurbaşqanı Recep Tayyip Erdoğanın .
açıqladığı qərara əsasən proqramın kvotası artırılıb və 150 min tələbə bu imkanlardan faydalanacaq. Tələbələr gündəlik 1.083 TL ödəniş alacaq. Belə ki, ayda 5 gün iştirakda 5.415 TL, 14 gün iştirakda isə 15.162 TL qazanmaq mümkün olacaq”.
İŞKUR-un uzunmüddətli hədəfi 1 milyon tələbənin bu proqramdan yararlanmasıdır.





