Press "Enter" to skip to content

Ağalıda gecənin sükutu sakinlərin sevinc dolu səsləri ilə qarışır

Ağalıda gecənin sükutu sakinlərin sevinc dolu səsləri ilə qarışır

BAYRAQDAR MEDİA – İşğaldan azad edilmiş Zəngilan rayonunun yenidən tikilən Ağalı kəndi Böyük Zəfərin nəticəsinin rəmzlərindən biridir. “Ağıllı kənd” konsepsiyası əsasında tikilən evlər, geniş küçələr, müasir tipli məktəb və uşaq bağçası, layiqli həyat şəraitini təmin edən zəruri infrastruktur doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin sevincinə şahidlik edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “rahat yaşayış, xoş güzaran, aydın gələcək hər bir sakində məmnunluq və qürur hissi doğurur. Komitə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində hazırladığı Ağalı kəndinin görüntülərini şərhsiz təqdim edib”.

Mission News Theme by Compete Themes.