Press "Enter" to skip to content

Akademiya, mədəniyyət və idman bir arada

BAYRAQDAR MEDİA – Manisa Celal Bayar Universiteti yeni tədris ilinə “MCBÜ-yə Salam Tədbiri’25” ilə başlayıb. Şəhid Prof. Dr. İlhan Varank Kampusunun İstirahət Meydanında keçirilən açılış mərasimində universitet rəhbərliyi və tələbələr geniş iştirak edib.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, tədbirdə Rektor Prof. Dr. Rana Kibar, prorektorlar Prof. Dr. Kadir Ay, Prof. Dr. Ahmet Çetin və Prof. Dr. Oktay Üçer, Baş katib Erhan Doğan, dekanlar, direktorlar, müəllimlər və tələbələr iştirak ediblər.
Rektor Prof. Dr. Rana Kibar açılış nitqində bütün tələbələrə uğurlu və səmərəli bir tədris ili arzulayaraq bildirib: “Manisa Celal Bayar Universiteti olaraq bizlər, tam akkreditasiyadan keçmiş bir təhsil müəssisəsi olmağın qürurunu yaşayırıq. Təkcə akademik sahədə deyil, mədəni, incəsənət və idman fəaliyyətləri ilə də tələbələrimizin həyatına dəyər qatmağı önəmli hesab edirik. İlk dəfə təşkil etdiyimiz bu tədbiri həm universitetə yeni başlayan, həm də təhsilini davam etdirən tələbələrimizin daha xoşbəxt, uğurlu və yadda qalan bir universitet həyatı yaşaması üçün hazırlamışıq.”

Mission News Theme by Compete Themes.