BAYRAQDAR MEDİA – “Dünya Təhsili” Payız Sərgisində açıqlama verən INTEGRAL Təhsil Proqramları məsləhətçisi Nikolay Hristanov bildirib ki, 2025/2026-cı tədris ili üçün Bolqarıstandan xaricdə təhsil almaq istəyən tələbələrin əsas seçimi Niderlanddır.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
O, qeyd edib ki, Niderlandı Avstriya, İspaniya, Almaniya və İtaliya izləyir.
Statistikaya görə, Bolqarıstandan xaricdə təhsil alan tələbələrin 27 faizi Niderlandı seçib. Əsas ixtisaslar biznes və idarəetmə, kompüter texnologiyaları, iqtisadiyyat və mühəndislikdir. Son illərdə süni intellekt, rəqəmsal media, robototexnika və innovasiya sahələrinə də maraq artmaqdadır.





