BAYRAQDAR MEDİA – Eskişehirin Sarıcakaya və Mihalgazi rayonlarında yerləşən Bozaniç qayaları səhər saatlarında yaranan sıx dumanla birlikdə adeta açıqhava kartpostallarını xatırladan mənzərə yaradıb.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə, qayaların ətrafını saran duman günəş şüaları ilə birləşərək təsirli təbii mənzərə ortaya çıxarıb. Bozaniç Qayaları və ətrafındakı duman buludu dron vasitəsilə havadan görüntülənib.
Əldə olunan kadrlar həm vizual bir möhtəşəmlik yaradıb, həm də təbiət sevərləri heyran qoyub.





