Press "Enter" to skip to content

Kərkük Mədəniyyət Dərnəyinin başçısı MEK-də

Kərkük Mədəniyyət Dərnəyinin başçısı MEK-də

BAYRAQDAR MEDİA – Kərkük Mədəniyyət Dərnəyinin başçısı, araşdırmaçı-yazar, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri Doktoru, ictimai xadim Dr.Şəmsəddin Kuzəçi AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd edilir ki, “MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşən qonaq MEK-də fəaliyyət göstərən İraq-Türkman ədəbiyyatı kitabxanası guşəsinə yeni kitablar hədiyyə edib. Görüş zamanı H.Hüseynov İraq-Türkman ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət bu guşə barədə ətraflı məlumat verib. Direktor ötən il yaradılmış bu bölmədə Kərkük mənşəli yazıçılar Kamal Bəyatlı, Pakizə Süleyman, Nejdət Koçağ, Mahmut Kasapoğlu, Mutaz Muhi Əbdülhəmid və digər müəlliflərin əsərlərinin yer aldığını xüsusi qeyd edib”.

Ş.Kuzəçi isə MEK-də yaradılan bu guşəni yüksək qiymətləndirib və təşəkkürünü bildirib.

Mission News Theme by Compete Themes.