Press "Enter" to skip to content

Özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılır

Daha bir qrup müharibə iştirakçısına seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib

Vətən müharibəsindən sonrakı dövrdə 13 min 350-dək müharibə iştirakçısı üçün özünüməşğulluq proqramı əsasında kiçik təsərrüfatlar qurulub

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində daha bir qrup müharibə iştirakçısına seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib.

Bu barədə Agentlikdən məlumat verilib.

Məlumata görə, verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, kişi bərbərxanası və s. fəaliyyət istiqamətləri üzrə kiçik biznes sahələrini yaradıblar: “Onlar göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edib, özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını genişləndirməyə səy göstərəcəklərini bildiriblər. Qeyd edək ki, Vətən müharibəsindən sonrakı dövrdə 13 min 350-dək, o cümlədən 2025-ci ildə 1000 nəfərə yaxın müharibə iştirakçısı üçün özünüməşğulluq proqramı əsasında kiçik təsərrüfatlar qurulub”.

Mission News Theme by Compete Themes.