Press "Enter" to skip to content

Pakistanlı tədqiqatçı MEK-də

Pakistanlı tədqiqatçı MEK-də

BAYRAQDAR MEDİA – Pakistanın Muslim İnstitutunun elmi işçisi, Həzrət Sultan Bahu irsinin tədqiqatçısı Muhammad Azam AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd edilir ki, “qonağı MEK-in rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev qarşılayıb. Görüş zamanı O.Quliyev qonağa MEK-in fəaliyyəti ilə bağlı ətraflı məlumat verib, həmçinin xarici kitabxanalar, qurumlar ilə qarşılıqlı əməkdaşlıqdan danışıb. M.Azam çıxışında Muslim İnstitutunun ikitərəfli əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Daha sonra qonaq MEK-in fondlarında olub, burada mühafizə olunan nadir nəşrlərə baxıb”.

Qeyd edək ki, M.Azam Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə 23–25 sentyabr tarixlərində keçirilən 3-cü Nəsimi Festivalında iştirak etmək üçün Bakıya səfərə gəlib.

Mission News Theme by Compete Themes.