Press "Enter" to skip to content

Türkiyə–Azərbaycan qardaşlığına qarşı məkrli oyunlar

Prof.Dr. Mehmet Yüce

Qardaş Türkiyənin öndə gələn ziyalılarından Prof.Dr. Mehmet Yücedən son proseslərə işıq salan dəyərləndirmələr

BAYRAQDAR MEDİA – “Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, tarix, mədəniyyət və ortaq taleyə əsaslanan sarsılmaz bir bağdır. Lakin son dövrdə Azərbaycan–İsrail münasibətləri bəzi dairələr tərəfindən Türkiyə–Azərbaycan əlaqələrini şübhə altına almaq və qardaşlığı kölgələmək məqsədilə istifadə olunmaqdadır. Enerji sazişləri, Fələstin məsələsindəki həssas yanaşmalar və regional təhlükəsizlik mövzuları xarici aktorlar üçün manipulyasiya və təsir yönümlü təbliğat sahəsi yaratmaqdadır”.

Bu fikirlər qardaş ölkənin dəyərli ziyalılarından biri, Prof.Dr. Mehmet Yücenin haberyum.com saytında dərc edilən “Türkiye–Azerbaycan kardeşliğine yönelik sinsi oyunlar: israil ekseninde bir değerlendirme” adlı yazısında öz əksini tapıb.

Müəllif qeyd edir ki, “xüsusilə Türkiyədə yayılan bəzi xəbərlər Azərbaycanın İsraillə münasibətlərini təhrif edərək iki ölkə arasındakı qardaşlıq tellərini zəiflətməyi hədəfləyir. Sosial mediada Azərbaycanın Qəzzəyə dəstək vermədiyi və ya “sionist rejimlə əməkdaşlıq etdiyi” barədə əsassız iddialar sürətlə yayılır. Bu yalan məlumatların dövriyyəyə buraxılması həm xroniki ərəb əleyhdarı hesablar, həm də türk adından istifadə edən bəzi yəhudi hesabları, eləcə də bəzi mühafizəkar televiziya kanalları tərəfindən dəstəklənir və manipulyasiyanın təsir gücü artırılır”.

Prof.Dr. Mehmet Yüce bu qənaətdədir ki, “Belə dezinformasiyalar ictimai rəydə “Azərbaycan Türkiyədən uzaqlaşır” kimi yanlış bir təsəvvür formalaşdıraraq iki ölkə arasındakı etimad mühitini sarsıtmaq potensialı daşıyır”.

Qeyd edək ki, Türkiyə-Azərbaycan qardaşlığına düşmən kəsilən çevrələrə tutarlı cavab xarakteri daşıyan yazının tam şəkildə bu linkdən oxumaq olar.

Dəyərli ziyalının yolcutvhaber.com saytında dərc edilən “Bir milletin iki devleti: Türkiye–Azerbaycan kardeşliği” yazısı da tarixə nəzər salan və qardaşlığımıza zərər vurmaq istəyənlərə tutarlı cavab olam məqamlarla zəngindir.

Mission News Theme by Compete Themes.