Press "Enter" to skip to content

Camelinin turizm potensialı müzakirə edilib

BAYRAQDAR MEDİA – Pamukkale Universiteti və Çameli Bələdiyyəsinin təşkilatçılığı ilə Çameli Hayri Dev Mədəniyyət Mərkəzində “Sakit Şəhər Çameli Turizm Yol Xəritəsi Çalıştayı” keçirilib. Tədbirdə Çameli rayonunun tanıdılması, yerli məhsulların bazarlanması, turizm infrastrukturunun inkişafı, kənd, ekoloji, dağ, yaylaq, qış və idman turizmi ilə bağlı praktik həllərin müzakirəsi aparılıb.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, Pamukkale Universitetinin rektoru Prof. Dr. Mahmud Güngör çıxışında Çamelinin təbiəti, mədəni zənginliyi və “Sakit Şəhər” statusu ilə Denizlinin parlayan dəyərinə çevrildiyini bildirib. O, gələcəkdə rayonda turizmlə bağlı yeni fakültələrin açılacağını, tələbə sayının artırılacağını vurğulayıb.

Mission News Theme by Compete Themes.