Press "Enter" to skip to content

Çayönü Təpəsində 8 qədim qəbir aşkarlanıb

Qədim qəbir

BAYRAQDAR MEDİA – Diyarbakırın Ergani rayonunda yerləşən və Neolit dövrünün ən mühüm yaşayış məskənlərindən biri sayılan Çayönü Təpəsində aparılan 2025-ci il qazıntılarında 8 qəbir üzə çıxarılıb. Çanakkale Onsekiz Mart Universitetindən Doç. Dr. Savaş Sarıaltunun rəhbərliyi və Hacettepe Universitetindən Prof. Dr. Ömür Dilek Erdalın koordinasiyası ilə aparılan qazıntılarda müəyyən edilib ki, qəbirdən biri Neolit dövrünə (e.ə. 9000–8800), digərləri isə İlk Tunc Çağı II-yə (e.ə. 2950–2900) aiddir.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, qəbirlərdən 9 gil qab, eləcə də simvolik “hədiyyə quyuları” aşkar edilib: “Bu tapıntılar Çayönü Təpəsinin həm Neolit, həm də İlk Tunc Çağında dini ayinlər və dəfn adətləri baxımından əhəmiyyətini qoruduğunu göstərir”.

Mission News Theme by Compete Themes.