Press "Enter" to skip to content

DİN-dən çağırış: Bank kartlarına kibermüdaxilə

DİN-dən çağırış: Bank kartlarına kibermüdaxilə halları var

BAYRAQDAR MEDİA – Bank kartlarından kiber oğurluq hallarının sayı ümumilikdə kəskin azalsa da, son günlər vətəndaşların bank kartlarına kiber müdaxilə halları yenidən müşahidə olunur.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “DİN vətəndaşların nəzərinə çatdırıb ki, xarici nömrələrdən bank əməkdaşı adı ilə daxil olan saxta zənglər və mesajlar kart sahiblərini aldadaraq maliyyə məlumatlarını ələ keçirmə cəhdləridir. Vətəndaşlar heç vaxt bank kartının PIN kodunu, SMS-ə gələn təsdiq şifrəsini, CVV kodunu və digər məxfi məlumatları tanımadığı şəxslərlə paylaşmamalıdır. Heç bir bank telefon zəngi və ya SMS vasitəsilə kart məlumatı tələb etmir, belə müraciətlərə inanmamalı, onlar saxtadır. Şübhəli zəng və yazışmalara heç bir halda cavab verməməli, əlaqəni dərhal kəsməli və nömrəni bloklamalı. Əgər vətəndaş kart məlumatlarını bölüşübsə və ya şübhəli əməliyyat aşkar edibsə, dərhal bankla əlaqə saxlamalı, kartı bloklatmalı və əməliyyatlar üzrə məlumat verməlidir”.

Nazirlik hər kəsə diqqətli olmağı, kiber təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edib.

Mission News Theme by Compete Themes.