Press "Enter" to skip to content

“Hər uşaq bir dünyadır!” maarifləndirici tədbiri

“Hər uşaq bir dünyadır!” maarifləndirici tədbiri

BAYRAQDAR MEDİA – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, “İnnovasiya Könüllüləri” İctimai Birliyi, ABA Klinika və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilatçılığı ilə “Hər uşaq bir dünyadır!” adlı maarifləndirici tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “məqsəd inklüziv təhsil imkanlarını genişləndirmək, ictimai maarifləndirməni gücləndirməkdir. Tədbir çərçivəsində AREA Akademiyasının stendində robotexnika sərgisi təqdim edilib, iştirakçılara texnologiya və yeniliklər barədə əyani məlumat verilib. ABA Klinikanın əməkdaşları isə inklüziv təhsil və psixoloji dəstək mövzusunda maarifləndirici təlim keçirib, iştirakçılara nəzəri və praktiki məlumatlar təqdim ediblər”.

Tədbir iştirakçıların həm nəzəri biliklərini artırmağa, həm də inklüziv dəyərləri praktik şəkildə öyrənmələrinə xidmət edib.

Mission News Theme by Compete Themes.