Press "Enter" to skip to content

İran və Ermənistan media əməkdaşlığını genişləndirir

İran və Ermənistan media əməkdaşlığını genişləndirir

BAYRAQDAR MEDİA – IRNA xəbər agentliyi Ermənistan mediası ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb. IRNA-nın baş direktoru Hüseyn Caberi Ənsari və nümayəndə heyəti Ermənistanın Milli Radiosunun müxtəlif şöbələrinə baş çəkib.

Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.

Xəbərdə deyilir ki, “görüş zamanı Caberi Ənsari bildirib ki, İran və Ermənistan arasındakı münasibətlər tarixi xarakter daşıyır və media bu əlaqələri əks etdirməlidir. O, birinci əldən mənbələrdən istifadəni vacib hesab etdiyini vurğulayıb və əlavə edib ki, agentlik xəbər mübadiləsi və digər sahələrdə Ermənistanın Milli Radiosu ilə əməkdaşlıq etməyə hazırdır”.

Mission News Theme by Compete Themes.