Press "Enter" to skip to content

Karsda yerli məhsullar sərgisi

Yöresel Məhsullar Sərgisi

BAYRAQDAR MEDİA – Kars Cümhuriyyət Meydanındakı yürüş yolunda qurulan Yöresel Məhsullar Sərgisi ziyarətçilərə qapılarını açıb. Sərgi 12 oktyabra qədər vətəndaşların ixtiyarında olacaq.

Bu barədə karsmanset.com saytı məlumat verib.

Məlumata görə, müxtəlif vilayətlərdən gələn istehsalçılar öz şəhərlərinə məxsus məhsulları karslılarla görüşdürüb: “Cümhuriyyət Meydanı Fethiyə Məscidi qarşısındakı yürüş yolu boyunca qurulan stendlər vətəndaşlardan böyük maraq görüb. Sərgidə sucuq, kərə yağı, müxtəlif pendir növləri, pestil çeşidləri və bal kimi yerli ləzzətlərin yanaşı əl işi hədiyyəlik əşyalar da satışa çıxarılıb. Həm alış-veriş etmək, həm də müxtəlif bölgələrin mədəni dadlarını tanımaq istəyən vətəndaşlar gün boyu sərgi ərazisini ziyarət ediblər”.
Qeyd olunub ki, sərginin məqsədi karslılara fərqli ləzzətləri tanıtmaq və yerli istehsalçıları dəstəkləməkdir. Sərginin 12 oktyabra qədər açıq qalacağı bildirilib.

Mission News Theme by Compete Themes.