Press "Enter" to skip to content

Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqləri

Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqləri

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqlərinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” pyesi əsaasında Dilsuz Mustafayevin səhnə redaktəsi ilə hazırlanan “Hacı Qara” tamaşasının oxunuş məşqlərinə başlanılıb. İkihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Şövqi Hüseynov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Firudin Allahverdi, rejissor assisenti Sona Məhərrəmovadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir”.

Daha sonra xəbərdə, “tamaşada Hacı Qaradan sonra ikinci əsas surət Heydər bəydir. İflasa uğramış Heydər bəy toy xərci əldə etmək üçün Hacı Qara ilə birlikdə Təbrizə qaçaq mal alverinə getməsi və bu səfər zamanı 19-cu əsrin ortalarında baş vermiş əhvalatlardan bəhs olunur. Heydər bəy lovğa, quru bəy olsa da, o, mərd və cəsarətlidir” deyə qeyd edilir.

Səhnə əsərində Xalq artisti Yasin Qarayev, əməkdar artistlər Şövqi Hüseynov, Gülər Nəbiyeva, Elnur Hüseynov, aktyorlar Anar Seyfullayev, Ədalət Əbdülsəməd, Ramil Məmmədov, Kərəm Hadızadə, Rəşad Səfərov, Elşəm Hacıbabayev, Natiq Fərzəliyev, Şəbnəm Hüseynova, Hüsniyyə Əhmədov, Nurlan Süleymanlı, Hilal Dəmirov, Xaliq Bəkirov, Gülbəniz Lətifova, Venera Abbasova, Yusif Dadaşov, Tahir İsmayılov, Aydın Dəmirov iştirak edirlər.

Mission News Theme by Compete Themes.