BAYRAQDAR MEDİA – “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETSN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “aksiyada Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, həmçinin hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak edib”.
Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.





