Press "Enter" to skip to content

Qızıl Ayparadan gümüş medal

Mükafat təqdim edilərkən

BAYRAQDAR MEDİA – Süleyman Dəmirəl Universiteti mütəmadi keçirdiyi qanvermə kampaniyaları ilə “Korporativ Qan Donoru” adına layiq görülərək, Türk Qızıl Ayparası tərəfindən gümüş medalla təltif olunub.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, Qızıl Aypara Qərbi Aralıq Bölgəsi Qan Mərkəzinin müdiri Dr. Tufan Ertop və Isparta Qızıl Aypara Qanvermə Mərkəzinin müdiri Dr. Mehmet Güzeldülkar universitetin rektoru Prof. Dr. Mehmet Saltanı ziyarət edərək medalı təqdim ediblər: “Qızıl Aypara nümayəndələri universitetin qanvermə kampaniyalarına dəstəyinə görə təşəkkür edib, bu fəaliyyətlərin həm ictimai şüurun artırılmasına, həm də həyatların xilas edilməsinə böyük töhfə verdiyini vurğulayıblar”.

Mission News Theme by Compete Themes.