Press "Enter" to skip to content

Universitetdə İHA texnologiyaları seminarı

Seminardan xatirə fotosu

BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universiteti (ÇOMÜ) Təhsil Fakültəsi tərəfindən “İHA texnologiyalarının coğrafiya təhsilində istifadəsi: Nəzəriyyə və təcrübə” adlı seminar keçirilib.

Bu barədə univeristetin məlumatında qeyd edilib.

Məlumata görə, tədbir Coğrafiya Təhsili Bölməsinin rəhbəri Prof. Dr. Ahmet Evren Erginanın açılış çıxışı ilə başlayıb: “O, bu tip elmi tədbirlərin mütəmadi keçiriləcəyini və bütün akademik ictimaiyyətin iştirakının vacibliyini vurğulayıb. Daha sonra çıxış edən Təhsil Fakültəsinin dekanı Prof. Dr. Muzaffer Özdemir İHA texnologiyalarının təhsildəki əhəmiyyətini qeyd edərək, fakültə olaraq bu sahədə həyata keçiriləcək layihələri dəstəkləyəcəklərini bildirib”.

Tədbir sual-cavab sessiyası və xatirə şəkli ilə başa çatıb.

Mission News Theme by Compete Themes.