Press "Enter" to skip to content

Açıq Təhsil Fakültəsi tələbələrinin diqqətinə

Anadolu Universiteti

BAYRAQDAR MEDİA – Anadolu Universiteti Açıq Təhsil Fakültəsi (AÖF) tələbələrinin səbirsizliklə gözlədiyi qeydiyyat yeniləmə prosesi başlayır.

Universitetinin elan etdiyi akademik təqvimə əsasən, 2025–2026 tədris ilinin payız semestri üçün qeydiyyat yeniləmə 6 oktyabr bazar ertəsi günü başlayacaq və 17 oktyabr cümə günü başa çatacaq.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata əsasən, qeydiyyat yeniləmə prosesi iki mərhələdən ibarətdir: dərs seçimi və ödəniş. Tələbələr əvvəlcə sistem üzərindən “dərs əlavə/sil” əməliyyatını həyata keçirəcəklər.

Məlumatda deyilir ki, dərs seçimini tamamlayan tələbələr müəyyən edilmiş qeydiyyat haqqını banklar vasitəsilə ödəməklə proseslərini yekunlaşdıracaqlar. Göstərilən tarixlərdə qeydiyyatlarını yeniləməyən tələbələr dərs seçə bilməyəcək və semestr qeydiyyatları aktivləşməyəcək.

Mission News Theme by Compete Themes.