Press "Enter" to skip to content

“Akademiyanın Zəngəzurnaməsi” tədbiri

“Akademiyanın Zəngəzurnaməsi” tədbiri

BAYRAQDAR MEDİA – XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” mövzusunda tədbir təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mərkəzi Elmi Kitabxanadan (MEK) daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə AMEA tərəfindən Qarabağ, Qərbi Azərbaycan və Zəngəzurla bağlı tarixi, folklor və mədəni irsi əks etdirən, bölgənin həqiqi tarixini elmi əsaslarla üzə çıxaran mühüm tədqiqat əsərlərindən ibarət 56 kitab təqdim olunub. Tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq sərginin elm, ədəbiyyat və mədəniyyət nümayəndələrini bir araya gətirən mühüm platforma olduğunu qeyd edib”.

Daha sonra xəbərdə, “MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov çıxışında layihənin elmi və mədəni dəyərindən, Kitabxananın bu istiqamətdə apardığı elmi-informasiya fəaliyyətindən danışıb. O, layihənin milli yaddaşın qorunması və elmi irsin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğulayıb. Tədbirdə həmçinin AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Dos. Hikmət Quliyev, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri, “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov, Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev və digər alimlər çıxış ediblər” deyə qeyd edilir.

Mission News Theme by Compete Themes.