BAYRAQDAR MEDİA – “2024-cü il məlumatlarına görə, Denizliyə 2 milyon 49 min turist gəlib, lakin onların yalnız 32 faizi gecələyib. Çamelidə isə bu il 1.139 nəfər qonaqlayıb və onların çoxu yerli turistlər olub”.
Bunu Pamukkale Universiteti Turizm Fakültəsinin dekanı Prof. Dr. Serkan Bertan Çameli deyib.
O, bölgə turizminin inkişafı üçün konkret və ölçülə bilən hədəflər qoyulmasının vacibliyini vurğulayıb. Çamelidə orta qalma müddətinin 2 gecə olduğunu qeyd edən S.Bertan, bunun Türkiyə ortalamasından yüksək olduğunu və bölgənin potensialını göstərdiyini deyib: “2026-cı il üçün hədəflərdən biri Çameliyə azı 16 min 500 turist cəlb etmək və orta qalma müddətini 3 gecəyə qaldırmaqdır”.
S.Bertan həmçinin Çamelinin “Ən yaxşı turizm kəndi” müsabiqəsinə müraciət üçün hazırlıqların başladığını açıqlayıb.





