Sım kəndində istehsal olunan aqroturizm məhsullarının satışı həyata keçiriləcək
BAYRAQDAR MEDİA – Astaranın Sım kəndində istehsal olunan bal, suvenir və s. kimi aqroturizm məhsulları turistlərə təqdim olunacaq.
Bu barədə Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, kənddə bünövrəsi qoyulan satış köşkündə yerli məhsulların satışı həyata keçiriləcək: “Məhsulların həm də mini sərgisi keçiriləcək. Layihəyə artıq başlanılıb. İlin sonuna kimi başa çatması nəzərdə tutulur”.





