BAYRAQDAR MEDİA – Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına müvafiq olaraq hər iki ölkənin rabitə və informasiya texnologiyaları üzrə hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.
Xəbırdə bildirilir ki, “MN-in Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə rabitə sistemləri, informasiya texnologiyaları, server infrastrukturunun qurulması, süni intellektin tətbiqi mövzularında ətraflı fikir mübadiləsi aparılıb”.
İşçi görüşündə, həmçinin birgə əməkdaşlığa dair bir sıra digər məsələlər müzakirə edilib və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.





