BAYRAQDAR MEDİA – 2025-ci ilin 9 ayı ərzində Energetika Nazirliyinin (EN) “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 5 min 635 zəng qəbul edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EN-in mətbuat xidmətindən daxil oılub.
Xəbərdə qeyd edilir ki, “daxil olan zənglərin 4 min 500-ü elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 500-ü təşəkkür xarakterli, 635-i isə digər məsələlərlə bağlı olub. Hesabat dövründə qəbul edilən bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb”.
Bildirək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə EN-in “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir.





