BAYRAQDAR MEDİA – Türkiyədə, Eskişehirdə iki dəfə tərk edilən və bir sahibkar tərəfindən sahiblənən “Ponçik” adlı sevimli pişik, indi özünə daimi isti yuva axtarır.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə, 70 yaşlı Nuri Çakırın idarə etdiyi dükanın maskotu halına gələn Ponçik, əvvəllər orada çalışan bir işçi tərəfindən sahiblənmişdi: “Lakin həmin şəxs təqaüdə çıxarkən pişiyi özü ilə aparmamış və Çakır onu sahiblənmişdi. Nəqliyyatın sıx olduğu ərazidə yerləşdiyi üçün çölə buraxılmayan Ponçik zamanla müştərilərin sevimlisinə çevrilib. Bəzi müştərilər pişiyin yem ehtiyacları üçün könüllü olaraq dəstək göstərirlər”.
Məlumata görə, Çakır ailəsi həm sosial şəbəkələrdə, həm də afişalar vasitəsilə Ponçik üçün isti yuva axtarışına başlayıb: “Lakin pişik qısa müddət əvvəl bir vətəndaş tərəfindən sahiblənsə də, “allergiya” bəhanəsi ilə bir ay yarımdan sonra yenidən dükanına qaytarılıb. Beləliklə, Ponçik ikinci dəfə tərk edilmiş olub. Nuri Çakır bu dəfə onu doğrudan sevəcək, qayğı göstərəcək və bir daha tərk etməyəcək bir ailəyə vermək istədiyini bildirib”.





