BAYRAQDAR MEDİA – Türkiyənin Kültür və Turizm Nazirliyinin təşəbbüsü və AK Parti Kars millət vəkili Adem Çalkının təşəbbüsü ilə təşkil edilən “Kars Yaşayan Miras Festivalı” musiqi dolu bir gecəyə səhnə olub.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumata görə, tarix, mədəniyyət və incəsənətin vəhdət təşkil etdiyi bu tədbirdə məşhur ifaçı Kıraç Karslılarla görüşərək unudulmaz konsert verib: “Minlərlə insanın iştirak etdiyi konsertdə Kıraç sevilən mahnılarını səsləndirərək tamaşaçılara musiqi ziyafəti yaşadıb. Kars Bedestenində keçirilən konsertdə izdiham coşqu ilə sənətçiyə qoşulub”.
Millət vəkili Adem Çalkın, festivalın Karsa qazandırılmasında əməyi keçən hər kəsə təşəkkür edərək deyib: “Kültür və Turizm naziri cənab Mehmet Nuri Ersoy və nazir müavini Dr. Batuhan Mumcu ilə apardığımız danışıqlar nəticəsində bu festivalın Karsda keçirilməsi qərara alındı. Əməyi keçən hər kəsə Karslılar adından minnətdarlığımı bildirirəm.”
Festival Nazirliyin dəstəyi ilə üç gün davam edəcək və şəhərin müxtəlif yerlərində konsertlər, sərgilər və mədəni tədbirlər keçiriləcək.





