Press "Enter" to skip to content

MÜSİAD Azərbaycan “AZHAB Forum 2025”də iştirak edir

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan Halal Biznes Forumu -AZHAB Forum 2025 keçirilir.
İlk gündə KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi, İslam maliyyə sistemi, halal sənaye və biznes idarəetməsi mövzularında panel müzakirələr keçirilib. Daha sonra “AZHAB Forum 2025” çərçivəsində təşkil edilən sərginin açılış mərasimi olub.

Sərgidə, ənənəyə uyğun olaraq, MÜSİAD Azərbaycan da öz stendi ilə təmsil olunur.

Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.

Bildirilib ki, “Dərnəyin üzvləri olan C 141 MMC, C7 Group, Balakan Foods MMC, Hilal Travel MMC, Linak MMC və Halalbooking MMC şirkətləri məhsul və xidmətlərini təqdim edirlər. Bu şirkətlər müvafiq olaraq reklam və marketinq, texnologiya və inteqrasiya sistemləri, qida sənayesi, turizm, tikinti və halal turizm sahələrində fəaliyyət göstərirlər”.

Məlumata görə, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvləri və dərnək üzvləri forum çərçivəsində stendi ziyarət edərək iştirakçılara uğurlar arzulayıb, həmçinin yerli və xarici şirkətlərin təqdimatları ilə tanış olublar.

Mission News Theme by Compete Themes.