BAYRAQDAR MEDİA – Xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Paylaşımda qeyd edilib ki, görüş Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının XII Zirvə toplantısından əvvəl olacaq Xarici İşlər Nazirləri Şurası çərçivəsində reallaşıb: “Nazirlər Azərbaycan – Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün səviyyələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. Tərəflər siyasi, təhlükəsizlik, müdafiə, ticarət, enerji və nəqliyyat məsələlərini müzakirə ediblər”.





