BAYRAQDAR MEDİA – Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Samsun millət vəkili professor İlyas Topsakal və İYİ Partinın İqtisadi Siyasətlər başqanı, Samsun millət vəkili Erhan Usta Batı Trakyanın Gümülcine şəhərindəki türk azlıq nümayəndələri ilə görüşüb.
Bu barədə samsungazetesi.com saytı məlumat yayıb.
Məlumata görə, Türk Gənclər Birliyi, DEB Partiyası və Müftülüyə edilən ziyarətlərdə birlik və həmrəylik mesajları verilib: “İ.Topsakal, səfər zamanı onları səmimiyyətlə qarşılayan Türk Gənclər Birliyinin sədri Sedat Hasan, Türkiyənin Gümülcinə baş konsulu Aykut Ünal, DEB Partiyasının başqanı Çiğdəm Asafoğlu və seçilmiş müfti İbrahim Şerifə təşəkkür edib. O, müftü üçün “Uzun, sağlam və bərəkətli ömür arzulayıram,” – deyə bildirib”.
Ziyarət zamanı millət vəkilləri bölgədəki türk azlığın durumu ilə bağlı məlumat alıblar və türk cəmiyyətinin mədəni kimliyini qoruma mübarizəsinə dəstək verməyə davam edəcəklərini vurğulayıblar.





