Press "Enter" to skip to content

Turizm fakültəsində akademik şura iclası

Görüşdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Anadolu Universitetinin Turizm fakültəsi 2025–2026-cı tədris ilinə aid Yunus Emre Akademik Şura iclasını keçirib.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, iclasda Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgüzel, rektor müavini prof. dr. Erkan Erdemir, baş katib Ecevit Öksüz, Turizm fakültəsinin dekanı prof. dr. Hakan Yılmaz və fakültənin müəllim heyəti iştirak edib.

Rektor Prof.Dr. Yusuf Adıgüzel çıxışında deyib: “Turizm fakültəsi yalnız turizm sahəsində deyil, həm də qastronomiyadan idarəçiliyə, ünsiyyətdən mədəni irsin idarə olunmasına qədər bir çox istiqamətdə fənlərarası tədqiqatlar aparmaq potensialına malikdir. Bu baxımdan, gələcək dövrdə müxtəlif elmi sahələrlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr həm akademik, həm də sektoral baxımdan mühüm töhfələr verəcək. Bu baxış bucağı universitetimizin milli və beynəlxalq səviyyədə tanınmasına, tələbələrimizin isə çoxşaxəli təhsil almasına zəmin yaradacaq.”

Yeni akademik ilin məqsədləri və fakültənin fəaliyyəti müzakirə olunan iclasda Turizm fakültəsinin dekanı Prof. Dr. Hakan Yılmaz bildirib ki, fakültə son illərdə həm akademik, həm də inzibati cəhətdən mühüm inkişaf əldə edib. O, fakültənin elmi işləri, uğurları və ixtisasların tələbə qəbul sıralaması barədə məlumat verib. Prof. dr. Yılmaz “məzun səfərbərliyi” adlı təşəbbüsə də diqqət çəkərək, fakültənin tanınırlığının və elmi məhsuldarlığının artırılması üçün kollektivin birlikdə çalışacağını vurğulayıb.

İclasdan sonra Qastronomiya və Mətbəx Sənətləri kafedrasının müəllim və tələbələri tərəfindən hazırlanmış təamlar qonaqlara təqdim olunub.

Mission News Theme by Compete Themes.