Press "Enter" to skip to content

Alimlərə limitsiz ödənişsiz məqalə dərc etmək imkanı

Alimlərə limitsiz ödənişsiz məqalə dərc etmək imkanı

BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi (ETN) və Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin “Cambridge Press” nəşriyyatı arasında əldə edilmiş razılığa əsasən Azərbaycanda fəaliyyət göstərən bütün müəlliflər növbəti 3 il ərzində “Cambridge Press” tərəfindən nəşr edilən 422 yüksək impakt faktorlu, hibrid və “gold” açıq əlyetərli (open access) jurnallarda limitsiz sayda məqalə dərc etmək imkanı əldə edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, ““Web of Science” və “Scopus”da indekslənən bu jurnallarda açıq əlyetərli (open access) məqalə dərcinin qiyməti minlərlə manat dəyərində ölçülür. Lakin sözügedən razılıq əsasında Azərbaycanlı alimlər bu ödənişi etmədən öz məqalələrini Kembric Universitetinin jurnallarında dərc edə bilər. Razılaşma, eyni zamanda ölkənin 140 elmi və ali təhsil müəssisəsinə “Cambridge Press” nəşriyyatının jurnallarını müddətsiz oxumaq imkanını təqdim edir”.

Bildirək ki, xidmətdən istifadə etmək istəyən müəlliflər, “Cambridge Core” platformasına daxil olaraq müvafiq qaydada yararlana bilərlər.

Mission News Theme by Compete Themes.