BAYRAQDAR MEDİA – Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən Gürcüstan Müdafiə Nazirliyinin nümayəndə heyəti “PUA sahəsində təcrübə mübadiləsi” çərçivəsində Azərbaycana səfər edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görüşdə gürcüstanlı qonaqlara Azərbaycan Ordusunda PUA-ların fəaliyyəti, döyüş əməliyyatlarında tətbiqi, döyüş uçuşunun təşkili və PUA-ların inkişaf tendensiyası mövzularında brifinq təqdim olunub”.
Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb, təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin əhəmiyyəti xüsusi olaraq qeyd edilib.





